Vyetnamda ölənlərin sayı 23-ə çatıb

Vyetnamda ölənlərin sayı 23-ə çatıb

Vyetnamda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 23-ə çatıb, itkin düşən 16 nəfərin axtarışları davam etdirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində 228 ev dağılıb, 21 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində yollara, əkin sahələrinə də ciddi ziyan dəyib.

İtkin düşənlərin axtarışına beş minə yaxın hərbi qulluqçu, polis və yerli sakin cəlb olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə