Əfqanıstanda NATO kortejinə kamikadze hücumu: 4 nəfər ölüb

Əfqanıstanda NATO kortejinə kamikadze hücumu: 4 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabilin Qarabağ mahalında NATO hərbçilərini daşıyan kortejə təşkil edilən kamikadze hücumu nəticəsində 4 nəfər ölüb, 6-sı isə yaralanıb.

Axar.az xəbər verir ki, üzərində qadın paltarı olan bir şəxs Qarabağ icra nümayəndəliyi qarşısında xidmətdə olan hərbi avtomobilə yaxınlaşıb və özünü partladıb. Ölənlərdən birinin NATO əsgəri, 3-nün isə mülki şəxs olduğu deyilir. Bundan əlavə, 5 hərbçi və 1 tərcüməçinin də yaralandığı qeyd edilib. Xatırladaq ki, bir neçə gün öncə sözügedən mahalda ABŞ hərbi kortejinə də kamikadze hücumu təşkil edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə