ABŞ Paris İqlim Müqaviləsindən çıxacağını rəsmən açıqladı

ABŞ Paris İqlim Müqaviləsindən çıxacağını rəsmən açıqladı

ABŞ rəhbərliyi Paris İqlim Müqaviləsindən çıxacağını rəsmi olaraq BMT-yə bildirib. Axar.az xəbər verir ki, ABŞ Dövlət Katibliyi ən qısa müddətdə müqavilədən çıxmaq istədiyini xüsusi vurğulayıb.

Qeyd edək ki, Donald Tramp iyunun 1-də Paris İqlim Müqaviləsindən çıxacaqlarını açıqlamışdı.

Müqavilənin qaydalarına görə, BMT ABŞ-ın bu tələbini ən tez 2019-cu ilin noyabrında qəbul edə bilər. Tələbin qəbul olunmasının təxminən 1 il ərzində davam edəcəyi və ABŞ-ın müqavilədən 2020-ci ildə çıxa biləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə