ABŞ Yəmənə xüsusi qruplaşma göndərib

ABŞ Yəmənə xüsusi qruplaşma göndərib

Pentaqon BƏƏ-nin Yəməndə keçirdiyi hərbi əməliyyatlara dəstək vermək məqsədilə yaradılmış xüsusi qruplaşmanı Yəmənə göndərdiyini açıqlayıb. Axar.az xəbər verir ki, hərbçilər Birləşmiş Ərəb Əmirliklərinin Yəmənin Şəbva şəhərində Ərəb Yarımadası Əl Qaidəsinə (AQAP) qarşı əməliyyatlarına dəstək vermək üçün göndərilib.

ABŞ əsgərlərinin qarşıdurmalarda birbaşa iştirak etməyəcəyini deyən Pentaqon sözçüsü Cef Devis hərbçilərin sayı haqqında heç bir məlumat verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə