Girovlar azad edildi Ukraynada

Ukraynanın xüsusi xidmət orqanları Lvovun psixi xəstəxanasında saxlanılan girovların azad edilməsi üçün əməliyyat keçiriblər. Yerli mətbuatın verdiyi məlumata görə, girovları saxlayan şəxs zərərsizləşdirilib. Əməliyyat zamanı girovluqda olan 10 şəxs və 5 polis müxtəlif dərəcəli bədən xəsarəti alıb. Polisin məlumatına görə, girovları saxlayan xəstəxananın pasiyenti olub.

Otuz yaşlı pasiyent məhkəmənin qərarı ilə atasını 72 bıçaq yarası ilə öldürdüyünə görə 2013-cü və 2017-ci illərdə xəstəxanada müalicəyə yazdırılıb. O, avqustun 4-də axşam saatlarında xəstəxananın giriş qapılarını bağlayaraq 76 pasiyenti girov saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə