6 ballıq zəlzələ bu ölkəni titrətdi

6 ballıq zəlzələ bu ölkəni titrətdi

Filippinin cənubunda yerləşən Mindano adasında 6 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Koronodal şəhərinin cənub-şərqində, ocağı 80 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə