İsveçrədə təyyarə qəzası baş verib

İsveçrədə təyyarə qəzası baş verib

İsveçrədə təyyarə qəzası baş verib. Axar.az xəbər verir ki, hadisənin hansı şəhərdə baş verdiyi deyilməsə də, təyyarənin yay düşərgələrindən birinin üzərinə düşdüyü məlum olub.

Olay nəticəsində 3 nəfərin öldüyü bildirilib. Bir qızın vəziyyəti isə ağırdır. Təyyarənin hansı səbəbdən qəzaya uğraması ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə