İki dövlət birgə hərbi-dəniz təlimləri keçirəcəklər

İki dövlət birgə hərbi-dəniz təlimləri keçirəcəklər

Qətər və Türkiyə 6-7 avqust tarixlərində birgə hərbi-dəniz təlimləri keçirəcəklər.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təlimlər çərçivəsində fəaliyyət koordinasiyası məsələsi iyulun 31-də Türkiyə Hərbi-Dəniz Qüvvələrinin (HDQ) "TCG Gokova" freqatının göyərtəsində Qətər HDQ komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Muhennedinin iştirakı ilə müzakirə olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə