Rusiya baş nazirinin müavini Dmitri Roqozin sabah İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehrana yollanacaq. SİA-nın verdiyi məlumata görə, D.Roqozinin İranın müdafiə naziri ilə görüşəcəyi ehtimal olunur.
O, avqustun 5-i səhər gələcək və axşam uçub gedəcək. Səfərin məqsədi İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirakdır. Bununla yanaşı, İranın müdafiə naziri Hüseyn Dehqanla görüşün baş tutması mümkündür.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB