İndoneziyada təyyarə qəzası olub

İndoneziyada təyyarə qəzası olub

İndoneziya Kuala-Namu hava limanında iki təyyarə toqquşub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəza zamanı artıq hava limanına eniş etmiş “Lion Air” aviaşirkətinə məxsus “Boeing” ilə havaya qalxmağa hazırlaşan “Wings Air”in təyyarəsi toqquşub. Hadisə baş verən zaman hər iki laynerlərdə iki yüzə yaxın sərnişin olub. Təyyarələrin qanadlarının ciddi zədə aldığı bildirilib.

İndoneziyanın nəqliyyat naziri Budi Karya Sumadi araşdırama aparılması barədə əmr verib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə