Ermənilər əsgər ölümlərini gizlədir

Ermənilər əsgər ölümlərini gizlədir

Aprel döyüşlərində həlak olmuş erməni əsgər Qriqor Arutunyanın ailəsi hələ də oğlunun meyitini ala bilməyib. Bu barədə İrəvanda Qriqor Arutunyanın anası Anahit Arutunyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, onun oğlu 2016-cı ilin aprel ayında başlanan döyüşlərdən sonra itkin sayılır.

Qadının sözlərinə görə, bu il iyulun 31-də onun ikinci oğlu Seryojanı da əsgər aparıblar. Halbuki, erməni qanunlarına görə, oğlu cəbhədə həlak olmuş ailənin ikinci oğlunu əsgər aparmırlar. Hərbi komissarlıq bu qanunu pozduğuna görə, erməni qadın da birinci oğlunun barəsində danışmağa başlayıb.
Ümumiyyətlə, Ermənistanda aprel döyüşlərinin qurbanlarının sayının 5 dəfə azaldıldığı ehtmal edilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə 500-dən çox əsgər olub. Ermənistan isə həlak olanların sayının 100-dən aşağı olduğunu iddia edir.

Bu cür faktların açılması Ermənistanda gənclərin ordudan yayınmasına səbəb olur. Ümumiyətlə, bu məsələ bu günlərdə erməni mətbuatında geniş işıqlandırılır. “Joxovurd” qəzetinin yazdığına görə. keçən ilin bu vaxtı ilə müqayisədə Ermənistan əhalisi rəsmi qaydada 15 min azalıb:

“Əgər bu saya həmin müddət ərzində birdəfəlik gedib qayıtmayanları – 75 min 625 vətəndaşı nəzərə alsaq, vəziyyət daha faciəlidir”, – deyə qəzet vurğulayır.

1992-ci illə müqayisədə isə bu ölkədə əhali sayı 654 min azalıb. Ölkədən gedənlərin arasında yoxsulluq üzündən miqrasiya edən ailələr çox olsa da, bəzi ailələr özləri getməsə də, həddi-buluğa çatmamış oğullarını Ermənistan qeydiyyatından çıxararaq Rusiyada və ya başqa ölkələrdə yaşayan qohumlarının yanına yerləşdirirlər. Məqsəd aydındır, ailələr uşaqlarının Ermənistanda əsgər getməsini istəmirlər.

Sirr deyil ki, Ermənistandan hərbi xidmətə çağrılmış gənclərin əksəriyyəti ya Azərbaysan sərhədində, ya da Qarabağda Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində xidmət edirlər. Deputat Aram Manukyan bu ilin əvvəlində bildirib ki, əsgərlikdən qaçmaq üçün hər il Ermənistanı 2 min gənc tərk edir.

Bütün xəbərlər Facebook səhifəmizdə