İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib

İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib

İraq Silahlı Qüvvələri Mosuldan qərbdə yerləşən Təll-Əfrir şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyata başlayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, federal hökumət qüvvələrinin komandirlərinin bəyanatına əsasən, Təll-Əfrir rayonunda təxminən 18 kənd azad edilib.

Təll-Əfrirdəki terrorçuların hazırlıq düşərgəsinin rəhbəri, İŞİD komandirlərindən biri Əbu İsmail İraq HHQ-nin onun mənzil-qərargahını bombalaması nəticəsində zərərsizləşdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə