Venesuelada dolların məzənnəsi artıb

Venesuelada dolların məzənnəsi artıb

Venesuelanın "qara bazar"ında ABŞ dollarının məzənnəsi ötən gün 21% artaraq 14 800 bolivara yaxınlaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, milli valyutanın kəskin dəyərdən düşməsinə səbəb ötən bazar günü ölkədə keçirilmiş parlament seçkiləri nəticələrinin müxalifət tərəfindən qəbul edilməməsi fonunda təşkil olunan etiraz aksiyaları olub.

Yaranan qarşıdurmalar insan tələfatı ilə nəticələnib və bundan sonra ABŞ hökuməti Venesuelanı ona qarşı sanksiyalar tətbiq edə biləcəyi ilə hədələyib. Bütün bunlar ölkənin milli valyutasını bir qədər də dəyərdən salıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə