Çində 196 mindən çox insan zərər çəkib

Çində 196 mindən çox insan zərər çəkib

Çinin cənub və qərb rayonlarında leysan yağışları, daşqın və kiçik sürüşmələr səbəbilə 10 nəfər ölüb, 4 nəfər itkin düşüb, 196 mindən çox insan zərər çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii fəlakət 30 iyul-2 avqust tarixlərində 17 şəhəri əhatə edib.

800-dən çox bina zədələnib, 6,5 min hektar kənd təsərrüfatı sahəsi zərər görüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə