Məktəb binasının çökməsi can aldı

Məktəb binasının çökməsi can aldı

ABŞ-ın Minneapolis şəhərində qaz partlayışından sonra məktəb binasının çökməsi nəticəsində ölənlərin sayı 2-yə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bundan əvvəl verilən xəbərdə 1 nəfərin öldüyü, 1 nəfərin isə itkin düşdüyü barədə informasiya yayılmışdı.

Tətilə baxmayaraq təhsil müəssisəsində çoxlu sayda məktəbli və müəllim olub, onlar yay kurslarında məşğul olublar və ya idman məşğələlərinə baş çəkiblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə