Rusiyada 5,5 bal gücündə zəlzələ olub

Rusiyada 5,5 bal gücündə zəlzələ olub

Rusiyanın şərqində, Kamçatka yarımadası sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 95 km aralıda, ocağı isə 64 km dərinlikdə yerləşib.

Zəlzələ Kamçatka yarımadasının bir sıra yaşayış məntəqələrində hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Sunami təhlükəsi elan edilməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə