Türkiyə təhlükəsizlik qüvvələri iyul ayı ərzində keçirilən əməliyyatlar çərçivəsində 247 PKK terrorçusunu zərərsizləşdirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu ilin 1-31 iyul tarixlərində keçirilən antiterror əməliyyatları zamanı doqquz hərbçi və polis əməkdaşı həlak olub, 43 təhlükəsizlik qüvvələri əməkdaşı yaralanıb.
Terror aktları və terrorçulara qarşı əməliyyatlar zamanı 10 mülki şəxs həlak olub. Onlar arasında siyasətçi, müəllim, fəhlə və çobanlar var. 9 nəfər yaralanıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB