17 Türkiyə vətəndaşı Yunanıstandan sığınacaq istəyib

17 Türkiyə vətəndaşı Yunanıstandan sığınacaq istəyib

Yunanıstanın Rodos adasına qeyri-leqal yolla keçmiş 17 Türkiyə vətəndaşı Afinadan sığınacaq tələb edib. Trend-in məlumatına görə, bu şəxslər Fəthulla Gülən hərəkatına mənsub olmaqda şübhəli bilinir. Məlumatda qeyd olunur ki, onların arasında 5 müəllim də yer alır.

Türkiyə hökumətinin həmin şəxslərin geri qaytarılması məqsədilə Yunanıstan rəhbərliyinə müraciət edəcəyi gözlənilir. Türkiyə mətbuatının məlumatına görə, hazırda Yunanıstanda Fəthulla Gülən hərəkatına mənsub olmaqda şübhəli bilinən 500-ə yaxın Türkiyə vətəndaşı var.

Bütün xəbərlər Facebook səhifəmizdə