Saakaşvili Gürcüstana təhvil veriləcək?

Saakaşvili Gürcüstana təhvil veriləcək?

Ukraynanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yeni müraciət ediləcəyi təqdirdə Gürcüstana ekstradisiya edilə bilər. Trend-in məlumatına görə, bu barədə Ukraynanın Baş Prokurorluğundakı mənbə bildirib.

Qeyd edək ki, bundan əvvəl Tbilisi M.Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət etsə də, bu müraciət qəbul edilməyib. Lakin iyulun 26-da keçmiş qubernator Ukrayna vətəndaşlığından məhrum edilib ki, bu da ekstradisiyanı mümkün edib.

Bütün xəbərlər Facebook səhifəmizdə