"Qətər böhranının hərbi yolla həlli mümkün deyil." Axar.az xəbər verir ki, bu sözləri Qətərin Müdafiə naziri Xalid əl Atiyyə “Əl-Cəzirə”yə açıqlamasında deyib. “Şübhə yoxdur ki, Qətərlə ərəb ölkələri arasında dərin fikir ayrılığı mövcuddur. Bu anlaşılmazlıq yalnız dialoq yolu ilə həll edilə bilər. Hərbi həll yolu isə mümkünsüz görünür”, - nazir bildirib.
Qeyd edək ki, iyun ayında bəzi ərəb ölkələri beynəlxalq terrorizmi maliyyələşdirməsi iddiası ilə rəsmi Doha ilə diplomatik əlaqələri dayandırmaq barədə qərar qəbul etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB