"ABŞ Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyir"

"ABŞ Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyir"

"Vaşinqton rəhbərliyi Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyir." Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Mayk Pens söyləyib.

"Trampla birlikdə Gürcüstanın NATO üzvü olması ilə bağlı Buxarest deklarasiyasını dəstəkləyirik. Gürcü xalqı bu istiqamətdə qətiyyətlə irəliləyir və demokratiya inkişaf edir. Bu ölkənin qəhrəmanlığı bizləri təəccübləndirməyə davam edir" ,- Pens bildirib. Əfqanıstandakı sülh missiyasına görə Tiflisə təşəkkür edən Pens ABŞ-ın Gürcüstanın səylərinə əhəmiyyət verdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə