Bu gün Ermənistanın vilayətlərindən birində yas mərasimi zamanı insident baş verib. Mərasim zalına daxil olan silahlı şəxs dəfndə iştirak edənlərə atəş açıb. Interfax informasiya agentliyinin Ermənistan Daxili işlər Nazirliyinin mətbuat xidmətinə istinadla yaydığı məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Dəfn mərasiminin iştirakçılarına “Sayqa” ov tüfəngi ilə atəş açan şəxs aradan çıxaraq gizlənə bilib.
Polisin ilkin versiyasına əsasən, hadisə məişət zəminində törədilib. Hazırda respublikanın hüquq mühafizə orqanları hücum edənin şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar. Təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB