Çində 4 nəfər ölüb, 48 nəfər yaralanıb

Çində 4 nəfər ölüb, 48 nəfər yaralanıb

Çinin Tyantszin şəhərində avtobusun yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 48 nəfər yaralanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtobus yol kəsişməsində sement daşıyan yük maşını ilə toqquşub və aşıb.

Zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb. Onların arasında vəziyyəti ağır olanlar yoxdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə