Pentaqon açıqladı: "Türkiyənin nə almaq istədiyi bizim üçün vacibdir"

Pentaqon açıqladı: "Türkiyənin nə almaq istədiyi bizim üçün vacibdir"

"Türkiyənin Rusiyadan almaq istədiyi S-400 raket əleyhinə müdafiə sistemləri NATO-nun havadan müdafiə sistemləri ilə uyğunluq təşkil etmir." Axar.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Ceff Devis deyib. Devis Türkiyənin Rusiyadan hərbi vasitə almaq istəməsindən narahat olduqlarını bildirib:

"Ümumiyyətlə bütün tərəfdaş və müttəfiqlərimizin, eləcə də Türkiyənin nə almaq istədiyi bizim üçün vacibdir. İttifaqımıza xeyir verəcək nələrsə almalarını istəyirik. Əgər bu, marağımıza xidmət etmirsə, bundan narahat oluruq", - Devis qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə