Əfqanıstanın paytaxtı Kabilin İraq səfirliyinin yerləşdiyi rayonunda ikinci partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, daha bir partlayış bir neçə dəqiqə bundan əvvəl Kabildə, Şar-e-Nau rayonunda, İraq səfirliyinin yaxınlığında eşidilib. Ölənlər və ya yaralananlar barədə məlumat daxil olmayıb.
Bundan əvvəl terrorçu-kamikadzenin Əfqanıstandakı İraq səfirliyi yaxınlığında özünü partlatdığı barədə məlumat verilib. Hadisə yerində atışma səsləri eşidilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB