Kamikadze özünü İraq səfirliyinin yanında partladıb

Kamikadze özünü İraq səfirliyinin yanında partladıb

Əfqanıstan paytaxtı Kabildə terroçu-kamikadze özünü İraq səfirliyinin yanında partladıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayış yerində atışma səsləri eşidilir, xəsarət alanların sayı məlum deyil.

Kabil polisinin nümayəndəsi Basir Mücahid şəhərdə partlayış olduğunu təsdiq edib, amma hadisənin tyəfərrüatları barədə məlumat verməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə