ABŞ-ın Alabama ştatında 12 məhbus həbsxanadan qaçıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qaçanlardan altısı tutulub, altısı isə azadlıqdadır. Onlar arasında qətlə cəhddə ittiham edilən iki təhlükəli cinayətkar var.
Qaçan şəxslər 19-30 yaşlarındadır. Polis onların fotolarını yayıb. Həbsxana yaxınlığında yaşayan insanlara qapıları bağlamaq və işığı söndürməmək tövsiyə olunub.
Məhbusların hansı yolla qaçmağa müvəffəq olduqları açıqlanmır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB