Moldovada prezidentə qarşı etiraz aksiyaları keçirilib

Moldovada prezidentə qarşı etiraz aksiyaları keçirilib

Moldovada minlərlə insan ölkənin qarışıq seçki sisteminə keçidinə qarşı etiraz aksiyaları keçirib. Axar.az xəbər verir ki, bir neçə min etirazçı paytaxt Kişinyovda parlement binasının qarşısına toplaşaraq Prezident İqor Dodonun istefasını tələb edib.

Daha sonra onlar İqor Dodonun prezident seçilənə qədər rəhbərlik etdiyi Moldova Sosialistlər Partiyasının mərkəzi ofisinə yollanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə