Rus tankçıları NATO-dakı həmkarları ilə Beynəlxalq Ordu Oyunlarında qarşılaşmağa hazırdır. Axar.az xəbər verir ki, bunu Rusiya Quru Qoşunlarının komandanı Oleq Salyukov deyib.
“Biz bunu ilk dəfədir demirik. Biz NATO ölkələri də daxil olmaqla 78 ölkəyə dəvət göndərmişik. Nə vaxt bu barədə məndən soruşurlar, zarafatyana cavab verirəm. Bəlkə, hazır deyillər. Amma biz ədalətli yarışa həmişə hazırıq”, - Salyukov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB