Moldova Rusiyaya etiraz bəyanatı verdi

Moldova Rusiyaya etiraz bəyanatı verdi

Moldovanın münaqişəli Dnestryanı bölgəsində Rusiya ordusu ilə separatçı qüvvələr birgə hərbi təlim keçirir. Axar.az xəbər verir ki, məsələ ilə bağlı Moldova hökuməti etiraz bəyanatı yayımlayıb.

Qeyd edilir ki, Rusiya sülhməramlılarının separatçılara rəğbəti tamamilə aydın deyil. Moldova hakimiyyəti danışıqlar prosesinin aparılması üçün daha əlverişli mühitin yaradılmasına çalışır. Ancaq biz hamımız görürük ki, son vaxtlar Rusiya qoşunları Dnestryanıda Tiraspol separatçı rejimin güc strukturları ilə birgə hərbi təlimlər keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə