Türkiyədə gecə klubuna hücum olub. SİA-nın xəbərinə görə, hadisə Bodrumda baş verib.
Belə ki, ötən gecə yerli vaxtla saat 03.00 radələrində üzərində iki tapança olan bir şəxs Bodrumun Göltürkbükü məhəlləsində yerləşən məşhur "Çilek Beach Club" və "Sess Beach Club" gecə klublarına yaxınlaşıb, atəş açmağa başlayıb.
Gecə klublarında 400-ə qədər insan olub. Nəticədə 18 yaşlı Furkan Say adlı şəxs ölüb, 4 nəfər yaralanıb. Cinayətkar gəldiyi avtomobilə hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB