ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Hərbi Hava Qüvələri Suriyanın Deyr-ez-Zor əyalətinə zərbələr endiriblər. Bu barədə "TASS" agentliyi məlumat yayıb. Xəbərə görə, hava zərbələri nəticəsində azı 10 suriyalı həlak olub. Həlak olanların 3-ü bir ailədən, 7-si isə digər ailədən olublar.
Məlumata əsasən, 27 iyul koalisiyanın Et-Teyba qəsəbəsinə endirdiyi zərbələr nəticəsində 18 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB