"Taliban"çılar Kandaqar əyalətində bəndi partladıblar

"Taliban"çılar Kandaqar əyalətində bəndi partladıblar

"Taliban" terror təşkilatının üzvləri Əfqanıstanın Kandaqar əyalətində bəndi partladıblar. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bəndin partladılması nəticəsində minlərlə akr kənd təsərrüfatı torpaqları susuz qalıb. Məlumata əsasən, "Taliban" üzvləri insidenti şərh etməyiblər.

Qeyd edək ki, daha əvvəl Kandaqar əyalətində "Taliban" üzvləri hərbi düşərgəyə hücum etmişdilər. Nəticədə 26 hərbçi həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə