Trampdan xəbərdarlıq

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya tərəfindən qitələrarası ballistik raketin sınaqdan çıxarılması ilə əlaqədar bəyanat verib. Tramp bildirib ki, Şimali Koreya tərəfindən növbəti qitələrarası ballistik raketin sınaqdan keçirilməsi düşüncəsiz və təhlükəli addımıdır.

“Birləşmiş Ştatlar bu raket sınağını pisləyir, bu cür sınaqların və həmin silahların guya Şimali Koreyanın təhlükəsizliyini təmin etməsi barədə həmin rejimin müddəalarını rədd edir. Belə sınaqlar və silahlar dünyanı təhdid edir, Şimali Koreyanı daha da təcrid edərək, iqtisadiyyatını zəiflətməyə davam edir.

Prezident bildirib ki, ölkəsi regiondakı müttəfiqlərini müdafiə etmək üçün bütün gərəkli addımları atacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə