Kimin əvvəli, kimin axırı...

Bir vaxtlar dünya mediasının çeynədiyi və həzm edə bilmədiyi bir mövzu var idi. Düzdür, həmin mövzu bu gün də öz aktuallığını qorumaqdadır, amma əvvəlki tək yox. Nə qədər ki, Özbəkistanın prezidenti İslam Kərimov sağ idi, hamı onun öz qızının "ipini" yığacağına əmin idi. Bəziləri də, Gülnarə Kərimovanın əməllərini prezidentin dəcəl qızının növbəti şıltaqlığı kimi də yozurdu. Amma Özbəkistanın sabiq prezidenti İslam Kərimovun sağlığında qızı Gülnarə Kərimova ilə əsl müharibə aparması başqa mətləblərdən xəbər verirdi.

Mətbuat uzun illər hakimiyyəti idarə edən prezidentə qarşı ailədaxili müxalifətin yaranmasında xarici dairələrin əlinin olduğunu da yazırdı. Ata Kərimov həyatla vidalaşandan sonra bəlli oldu ki, əslində qızının həbs edilməsi prezidentin məsləhəti ilə həyata keçirilib. Belə ki, Özbəkistanın Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə üzrə İdarəsi "dəcəl qız"ı həbs edib. Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə