Rəsmi Kiyev Ermənistanı ticarət üçün əlverişsiz şərait yaratmaqda günahlandırır

Rəsmi Kiyev Ermənistanı ticarət üçün əlverişsiz şərait yaratmaqda günahlandırır

Ukrayna Ermənistanı tütün və alkoqol məhsullarının idxalı üçün əlverişsiz şərait yaratmaqda günahlandırır. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Ukrayna Ümumdünya Ticarət Təşkilatına üzvlükdən sonra ilk dəfə mübahisələrin həlli üzrə orqana Ermənistanda mübahisənin həlli ilə bağlı ekspert qrupunun yaradılması barədə müraciət edib. Belə ki, Ermənistan Ukraynanın mübahisənin həlli ilə bağlı məsləhətləşmələrin aparılması ilə bağlı sorğusuna cavab verməyib və məsələnin danışıqlar yolu ilə həlli mümkün olmayıb.

 

Bundan əlavə Ukrayna ÜTT-yə Ermənistanda idxal olunan tütün məhsullarına (1000 ədəd) 6500 dram (17,7 dollar), yerli istehsala isə 4750 dram (12,9 dollar) aksiz vergisi tətbiq etməsinə görə müraciət edib. Həmçinin Ermənistan hökuməti yerli istehsalçıların müdafiəçi məqsədilə spirtli içkilərə də fərqli aksiz vergisi tətbiq edir.

 

Ukrayna hesab edir ki, bu, idxal məhsullarına qarşı diskriminasiya siyasətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə