Türkiyədə məhkəmə "Cumhuriyet” qəzetinin PKK ilə əlaqədə şübhəli bilinən 7 jurnalistinin həbsdən azad edilməsinə dair qərar qəbul edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş redaktor Murat Sabunçu, icraçı direktoru Akın Atalay da daxil olmaqla "Cumhuriyet” qəzetinin 17 əməkdaşı barəsində məhkəmə prosesi bazar ertəsi İstanbulda başlayıb.
Onlardan 11 nəfər noyabrda məhkəmənin qərarı ilə həbs edildiyi bildirilir. Hazırda 11 müttəhim həbsdədir, daha 6 nəfər barəsində isə ölkəni tərk etməmək qətimkan tədbiri seçilib. Sabiq baş redaktor Can Dündar da daxil olmaqla nəşrin iki əməkdaşı barəsində axtarış elan edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB