Şimali Koreya şənbə günü ikinci dəfə “Xvason-14” qitələrarası ballistik raketin uğurlu sınağını keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Şimali Koreyanın mərkəzi teleqraf agentliyi məlumat yayıb.
Raket 47 dəqiqə 12 saniyə ərzində 998 kilometr məsafə qət edib. Uçuş trayektoriyasının maksimum hündürlüyü 3 min 724,9 kilometr olub. Qitələrarası ballistik raketin buraxılışının qonşu ölkələr üçün heç bir təhlükə yaratmadığı bildirilir.
ABŞ və Cənubi Koreya Şimali Koreyanın növbəti raket buraxılışına cavab olaraq ballistik raketlərin təlim buraxılışını həyata keçiriblər. Təlim buraxılışında Cənubi Koreyanın “Xenmu-2” və ABŞ-ın ATACMS raketləri istifadə olunub.

Xatırladaq ki, Şimali Koreya növbəti ballistik raket buraxılışını həyata keçirib. Raket Caqando vilayəti rayonundan Yapon dənizi istiqamətində buraxılıb. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yesixide Suqa Şimali Koreyanın bu addımının BMT Təhlükəsizlik Şurasının qətnaməsinin açıq şəkildə pozulması kimi dəyərləndirib.
Bu arada Yaponiya və ABŞ-ın xarici işlər idarələrinin rəhbərləri Şimali Koreyanın son raket sınağı ilə bağlı telefon vasitəsilə müzakirələr aparıblar. Kyodo agentliyinin yaydığı məlumatda bildirilir ki, müzakirələr zamanı Pxenyana təzyiqi artırmaq üçün BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə əlaqədar yeni, daha sərt qətnaməsinin qəbuluna çalışmaq barədə razılıq əldə edilib.
Bundan əlavə, Yaponiyanın xarici işlər naziri Fumio Kişida və ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan ediblər ki, Cənubi Koreya ilə birlikdə Şimali Koreyanın təxribatçı hərəkətlərinə qarşı əməkdaşlığı gücləndirəcəklər.
Xatırladaq ki, Şimali Koreyanın mərkəzi teleqraf agentliyinin yaydığı məlumata görə, KXDR şənbə günü ikinci dəfə “Xvason-14” qitələrarası ballistik raketin uğurlu sınağını keçirib.
Raket Yapon dənizində Hokkaydo adası istiqamətində atılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB