Tramp yaşlı generalı Ağ Ev aparatına rəhbər təyin etdi

Tramp yaşlı generalı Ağ Ev aparatına rəhbər təyin etdi

ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin edib. APA-nın xəbərinə görə, Tramp bu barədə öz “Twitter” səhifəsində bildirib. “General Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin etdim. Bu barədə sizləri məlumatlandırmağa şadam”, - deyə o yazıb.

Onun sözlərinə görə, Kelli dahi amerikalı və gözəl liderdir: “O, Daxili Təhlükəsizlik Nazirliyində böyük işlər görüb və mənim administrasiyamda əsl ulduzdur”, - deyə o yazıb. Ondan əvvəl Ağ Ev aparatına Rins Pribas rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə