Türkiyədə Ankara vağzalında terror aktı törətməyi planlaşdıran İŞİD üzvü Yunus Durmazın xanımı azadlığa buraxılıb. Axar.az xəbər verir ki, ötən ilin may ayında polis tərəfindən Y. Durmazın İŞİD üzvü olduğu müəyyən edildikdən sonra evinə basqın həyata keçirilmişdi. Durmaz özünü partlatmış, 3 polis əməkdaşı isə yaralanmışdı.
Olaydan sonra Y. Durmazın xanımı polis tərəfindən həbs edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB