İstanbulda 3 mərtəbəli tunel tikiləcək

İstanbulda 3 mərtəbəli tunel tikiləcək

İstanbulda Bosfor boğazının altından yeni tunel tikiləcək. Axar.az xəbər verir ki, tunelin 6,5 kilometr uzunluqda olması planlaşdırılır. Yüklərin daşınması, avtomobillərin keçidi nəzərdə tutulan tunel 3 mərtəbədən ibarət olacaq və dənizin 110 metr dərinliyindən keçəcək. Bu tunel İstanbulun Avropa və Asiya hissəsini birləşdirəcək. Layihənin dəyəri isə 3,5 milyard dollardır.

Qeyd edək ki, İstanbulda 2016-cı ildə istifadəyə verilən, 5,4 km. uzunluqdakı "Avrasiya" tuneli boğazın 106,4 metr dərinliyindən keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə