Qayığın aşması 5 nəfərin həyatına son qoydu

Qayığın aşması 5 nəfərin həyatına son qoydu

Taylandda qayığın aşması nəticəsində 5 turist ölüb. SİA-nın xarici mətbuta istinadən verdiyi məlumata görə, hadisə ölkənin cənubunda Çumpxon vilayəti sahillərində baş verib.

Əlverişsiz hava ilə bağlı xəbərdarlığa baxmayaraq, gəzinti qayığında 3-ü ekipaj üzvü olmaqla, 13 nəfər dəniz gəzintisinə çıxıb. Güclü küləyin təsirindən qayıq aşıb. Ölənlərin 5-nin də turist olduğu bildirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə