2,9 min sakin təxliyə edildi

Çində yağan aramsız yağışlar insanların təxliyə edilməsinə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Şensi vilayət rəhbərliyi aramsız yağışların güclü daşqınlara səbəb olduğu üçün vilayətin Yuylin şəhərindən 2,9 min sakinin təxliyə edilməsi haqqında qərar verib.

Bir neçə gündür yağan yağışlarla bağlı yerli meteoroloji mərkəz təhlükənin qırmızı səviyyəsi barədə elan edib.

Suyde rayonunda su bəndinin dağılması nəticəsində isə bütün yaşayış məntəqələri su altında qalıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə