"Türkiyənin S-400 seçimi ABŞ-ın Rusiyaya məğlubiyyəti demək olacaq." Axar.az xəbər verir ki, bu açıqlama ilə edən "Natsionalnaya Oborona" jurnalının baş redaktoru İqor Korotçenko çıxış edib. Türkiyənin Rusiyadan S-400 almasını şərh edən rusiyalı mütəxəssis belə hesab edir ki, ABŞ-ın narahatçılığı üçün hər cür əsas var. Bu seçim ABŞ-ın Rusiya ilə rəqabətində uduzan tərəf olduğunu göstərir.
Qeyd edək ki, ötən gün ABŞ Baş Qərargah rəisi Cozef Danford açıqlamasında Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi aldığına dair xəbərlərin həqiqəti əks etdirmədiyini, bunun reallaşacağı halda isə ABŞ üçün narahatlıq yaranacağını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB