Meksikada atışma olub ölənlər var

Meksikada atışma olub ölənlər var

Meksikanın paytaxtı Mexikodakı bazarlardan birində baş verən atışma nəticəsində ən azı 2 nəfər ölüb, 10 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə ötən gün İstapalapa rayonundakı bazarda baş verib.

Şəhərin baş prokurorunun dəftərxanasından verilən məlumata əsasən, atışma nəticəsində 45 yaşlı qadın və 55 yaşlı kişi həlak olub. Yaralananlar arasında yetkinlik yaşına çatmamış şəxslər var.

Şahidlərin sözlərinə əsasən, atışma mübahisədən sonra başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə