Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışda ölənlərin sayı 35-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bundan əvvəl 24 nəfərin öldüyü bildirilib.
Əfqanıstan Daxili İşlər Nazirliyindən 42 nəfərin yaralandığı söylənilib.
Xatırladaq ki, bu səhər Kabildə avtomobildə olan kamikadze özünü partladıb.
Taliblər 35 nəfərin ölümünə səbəb olan partlayışla bağlı məsuliyyəti üzərlərinə götürüblər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB