Kabildə partlayış 24 nəfər ölüb

Kabildə partlayış 24 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə, yaralıların sayı isə 40 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayışın səsi ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evinin yaxınlığından gəlib.

Terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə