Türkiyənin Çanaqqala şəhərində yerli vaxtla saat 01:12-də 4 bal gücündə zəlzələ baş verib. SİA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Çan rayonunda, ocağı isə 14,55 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB