Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zəlzələnin episentri dənizdə, Bodrum şəhərindən 10,3 km aralıda yerləşib. Zəlzələ yer səthindən 10 km dərinlikdə baş verib.
Məlumata görə, xəstəxanalara müraciət edən 70 nəfərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir.
Qeyd edək ki, yeraltı təkanlar kiçik sunaminin baş verməsinə səbəb olub. Zəlzələ daha çox Muğla əyalətinin Bodrum və Dacia şəhərlərində hiss olunub. Muğla əyalətinin valisi Esengel Civelek dağıntıların ciddi olmadığını qeyd edib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB