Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni raket sınağına hazırlaşır. Bu barədə CNN telekanalı ABŞ-ın kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb. Telekanalın məlumat aldığı mənbə bunun qitələrarası, yoxsa orta mənzilli raket sınağı olduğu barədə məlumat verməyib.
Xatırladaq ki, KXDR iyun ayının 4-də Xvason-14 raketinin sınağını keçirib. Həmin raketin 933 km məsafə qət etdiyi və 2802 km hündürlüyə qalxdığı söylənilirdi. Raketin ümumi uçuş vaxtı 39 dəqiqə olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB